İspaniya millisinin Fransa ilə oyun üçün ilk 11-liyi müəyyənləşib
Avropa Çempionatının yarımfinal mərhələsinin ilk oyununda İspaniya seçməsi bu gün Fransa millisi ilə qarşılaşacaq.
Sportline.az Mundo Deportivo-ya istinadla xəbər verir ki, Pirineylilərin baş məşqçisi Luis De La Fuente bu görüşdə cəzalı Dani Karvaxalın yerinə Xesus Navasa, Le Normanın əvəzinə isə Naço Fernandesə şans vərəcək. Zədəli Perdinin boşluğunu Dani Olmonun dolduracağı gözlənilir. Heyətin qalan hissəsi isə Almaniya ilə oyundakı kimi olacağı bildirilir.
Xatırladaq ki, İspaniya ilə Fransa arasında keçiriləcək yarımfinal oyununa Münxen şəhəri ev sahibliyi edəcək.Görüşün ədalət təmsilçisi Sloveniya Futbol Federasiyasında Slavko Vinçiç olacaq. Matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Qeyd edək ki, "Qırmızı furiya" qrup mərhələsindən sonra Gürcüstan və Almaniyanı mübarizədən kənarlaşdırdığı halda, fransızlar Belçika və Portuqaliyadan güclü olublar.