İspaniyalı qapıçı Səudiyyə Ərəbistanı klubu ilə razılaşıb

İspaniyalı təcrübəli qolkiper David De Xeya Səudiyyə Ərəbistanı klubu ilə razılaşıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Əl-Şəbab" klubu 33 yaşlı qapıçı ilə danışıqları yekunlaşdırdığını bildirib. 

Səudiyyə Ərəbistanı klubu İvan Rakitiçi də heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, "Mançester Yunayted"dən ayrılan David De Xeya uzun müddətdir ki, klubsuz qalıb.