İsraildən UEFA-ya müraciət

İsrail klubları UEFA-ya müraciət ediblər.

Sportline.az TASS-a istinadla xəbər verir ki, klubların rəsmiləri gələn həftə keçiriləcək avrokubok matçlarının ölkədəki gərgin vəziyyətə görə təxirə salınmasını istəyiblər.

Avropa Liqasında "Makkabi Hayfa" "Vilyarreal"la, Konfrans Liqasında isə "Makkabi Tel-Əviv" "Zorya" ilə üz-üzə gəlməlidir.

Qeyd edək ki, FIFA İsrail və Fələstinə hərbi əməliyyatları dayandırmaqla bağlı müraciət edib.