İsveçli ulduz "Barselona" yolunda

"Barselona"nın hücumçu mövqeyinə transfer etmək istədiyi və klubun ilk hədəfi "Sportinq"in isveçli hücumçusu Viktor Qyokereş olduğu iddia edilib.

Sportline.az  "Fichajes" nəşrinə istinadla xəbər verir ki, katalonların Erlinq Halandı transfer etmək cəhdləri uğursuz olub və onlar diqqətləri "Sportinq"in 26 yaşlı oyunçusu Viktor Qyokereşə yönəldiblər.

Xəbərdə bildirilir ki, futbolçunun transfer qiyməti 80 milyon avrodur və "Barselona" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Portuqaliya klubu ilə 7 oyuna çıxan Qyokereş aktivinə 9 qol və 3 asist yazdırıb.