İtaliya futbolu bərpa olundu: "Yuventus" "Milan"ı səssiz keçib finala çıxdı

Koronavirusa görə İtaliyada dayandırılan futbol mövsümü bərpa olunub.

Sportline.az xəbər verir ki, ölkə kubokunun yarımfinalının cavab matçında “Yuventus” “Milan”ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. İlk oyun da 1:1 hesabı ilə başa çatdığı üçün Turin təmsilçisi səfətdə vurduğu qol hesabına finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinə sabah keçiriləcək “Napoli” – “İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində  “Napoli” qalib gəlib – 1:0.

12 iyun

"Yuventus" - "Milan" - 0:0
Qırmızı vərəqə: 
Rebiç, 17 ("Milan")
16-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Kriştiano Ronaldo penaltini düzgün yerinə yetirə bilməyib