Joze Mourinyo bu futbolçunun komandada qalmağını istəyir

"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo komadada qalacaq və gedəcək futbolçularla bağlı çalışmalarını davam etdirir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis bir futbolçunun mütləq komandada qalmasını istəyib.

Mourinyo klubun rəhbərliyindən türkiyə futbolçu Ferdi Kadıoğlunun nə olursa olsun komandada saxlanılmasını tələb edib.

24 yaşlı cinah müdafiəçisi ötən mövsüm "sarı-lacivərtlilər"lə çıxdığı 50 oyunda 3 qol və 5 asistlik performans göstərmişdi.

Qeyd edək ki, xəbərdə 61 yaşlı çalışdırıcının komandanın polşalı futbolçusu Şmanskinin də oyunundan kifayət qədər məmnun olduğu bildirilir.