Jose Mourinyo Emre Morla bağlı qərarını verib

 Fənərbağçada ötən mövsümü icarə əsasında "Fatih Karagümrük"də keçirən Emre Morla bağlı yekun qərar verilib.

Sportline.az xəbər verir ki, baş məşqçi Jose Mourinyo 26 yaşlı futbolçunun mövsüm öncəsi təlim məşq toplanışına çağırılmasını istəyib.

Emre Morun 2025-ci ilə qədər "Fənərbağça" ilə müqaviləsi var.

Qeyd edək ki, hücumçunun xidmətində "Sivasspor", "Alanyaspor" və "Eyüpspor" klubları maraqlıdır.