Joze Mourinyo Səudiyyə Ərəbistanı klubunun təklifi barədə açıqlama verib
"Roma" klubundan ayrılan baş məşqçi Joze Mourinyo Səudiyyə Ərəbistanı klubunun təklifini geri çevirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Əl-Şəbbab" klubunun təklifini qəbul etməyib.
Joze Mourinyo açıqlamasında :"Mən məşqçilik karyeramı bitirmək barədə düşünmürəm. Səudiyyə Ərəbistanı klublarını karyeramın sonlarında çalışdıra bilərəm.İndi isə Avropada çalışmaq istəyirəm və təkliflər də var",-deyib.
Qeyd edək ki, Joze Mourinyo karyerası ərzində "Çelsi", "Mançester Yunayted", "Real Madrid" və "Roma" klublarını çalışdırıb.