Kambiasonun "Barselona"ya keçidi gündəmdədir
"Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiaso karyerasını "Barselona"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Spot" nəşri məlumat yayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, Kambiaso İspaniyada çıxış etməyə isti yanaşır.