Kamerunlu qapıçı Rusiyada çıxış edə bilər

Kamerun seçməsinin qolkiperi Fabris Ondoa Rusiya millisi ilə yoldaşlıq oyunundan (0:1) sonra maraqlı açıqlamsı ilə diqqət çəkib.

Sportline.az xəbər verir ki, "Sport Day by Day"-ə danışan qapıçı Rusiya Premyer Liqasına mümkün keçidi barədə sualı da cavablandırıb.

“Rusiya şübhəsiz ki, çoxlu sayda gənc, lakin yüksək səviyyəli futbolçulardan ibarət yüksək səviyyəli komandadır. Hamı çox yaxşı oynayır. Bu, həm də çempionatınızın səviyyəsindən xəbər verir. Komandanız həm fərdi keyfiyyətlərində, həm də komanda işində yaxşıdır. Belə bir komanda ilə oynadığım üçün şadam. Moskva sərin, çox gözəl şəhərdir. Artıq burada gəzməyə bir az vaxtım olub. Mən nə vaxtsa RPL-ə keçə bilərəmmi? İndi bu suala cavab verə bilmərəm (gülür). Fransanın “Nim” klubu ilə müqaviləm var. Ancaq gələcəkdə hər şey ola bilər. Bu faktı istisna edə bilmərəm. Niyə də yox?" - deyə Ondoa bildirib.

Qeyd edək ki, kamerunlu qapıçı 1 aydır ki, "Nim"in formasını geyinir, amma o, hələ də oyuna çıxmayıb.