Kamran Ağayev 35 min dollarından keçdi
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev “Karşıyaka” ilə yollarını ayırıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilə qarşılıqlı razılaşma əsasında pozulub. Kamran klubun ona olan 35 min dollarlıq borcunda da imtina edib.
Artıq Ağayevin özünə yeni klub tapıdğı da bilidilir. Onun yeni iş yerinin Azərbaycan olacağı iddia edilir.
Qeyd edək ki, 29 yaşlı qolkiper “Karşıyaka”nın heyətində keçirdiyi 13 oyuna 20 qol buraxıb.