Kamran Şahsuvarlı növbəti mərhələdə
Azərbaycan milli komandasının daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.
Sportline.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib. O, “Uruçye Arena”da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Boksçumuzun rəqibi Giorgi Harabadze (Gürcüstan) olub. 4:1 hesabı ilə qalib gələn K.Şahsuvarlı 1/8 finala yüksəlib. O, bu mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.