Kamran Şahsuvarlı: "O, çempion olmalıdır"

"Kubalı boksçu mənim çəkimdə ən güclü idmançı hesab edilir. Döyüşüm də alınmadı. Rəqibə yaxınlaşmaq istəyəndə zərbələr buraxırdım". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Kamran Şahsuvarlı Arlen Lopezlə döyüşündən sonra deyib.

Rəqibin gücünə bələd olduğunu deyən idmançımız, "Onun çıxışlarını izləmişdim. Müdafiə taktikası seçmişdim ki, zərbə buraxmayım. Rinqə çıxanadək qələbəyə inanırdım. Hətta birinci raunddan sonra da qalib gələ biləcəyimi düşünürdüm. Məşqçilərim, "uduzursan" deyəndən sonra bir qədər inamım itdi", - deyə bildirib.

Lorenzo Sotomayordan çempionluq gözlədiyini deyən Kamran, "Ona uğurlar arzulayıram. Mən üçüncü olmuşamsa, o, çempion olmalıdır. Finala çıxmağını çox istəyirəm", - deyə qeyd edib.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi