Karateçimiz Çində keçirilən Dünya Oyunlarında finala vəsiqə qazanıb

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında növbəti uğuruna imza atıb.

Azərbaycan Karate Federasiyasından Sportline.az-a verilən məlumata görə, idmançı finala vəsiqə qazanıb.

Qeyd edək ki, həlledici görüşdə İ.Zaretskanın rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.