"Kardif Siti" baş məşqçiylə yollarını ayıra bilər

"Kardif Siti" klubu türkiyəli mütəxəssislə yollarınıa ayıra bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,48 yaşlı çalışdırıcı Erol Bulut "Pleymut" klubu ilə görüşdə 1-3 hesabı ilə məğlub olduqdan sonra komandadakı gələcəyi barədə danışıb. 

Türkiyəli mütəxəssis Erol Bulut açıqlamasında :"Komandada çox şeydən narazıyam. Buradakı gələcəyimlə bağlı qərarımı verməliyəm. Heç nə istədiyim kimi olmur",-deyib. 

Qeyd edək ki, Erol Bulut iyul ayında "Krdif Siti" klubunun baş məşqçi sükanına keçib.