Karlsen rusiyalı şahmatçı ilə qarşılaşmaq istəmir

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen şahmat tacı uğrunda qarşılaşmada İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşmaq istəmir.

Sportline.az "Chess 24" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı qrossmeyster yarışın formatının dəyişdirilməsini tələb edir.

Nəşr bildirib ki, norveçli şahmatçının Nepomnyaşi ilə oynama şansları sıfıra bərabərdir. Ən azından format əhəmiyyətli dərəcədə dəyişməsə, perspektiv belə görünür. Hələlik Karlsen qərarı barədə rəsmi açıqlama verməyib.

Daha əvvəl Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski norveçli şahmatçının iyulun 20-dək cavab verməli olduğunu söyləyib. Karlsen isə Fransanı təmsil edən Alireza Firuzca ilə oynamaq istədiyini bildirilib. Lakin Firuzca İddiaçılar Turnirində qalib ola bilməyib.