"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb

"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bölgə təmsilçisi qapıçısı Pedro Mateus ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qapıçının müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, o, başa çatan mövsümdə komandanın heyətində 20 oyuna çıxıb.