“Kayserispor”un yeni baş məşqçisi bəlli olub
"Kayserispor" klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Recep Uçarla yollarını ayıran Kayseri təmsilçisi bu gün Burak Yılmazla razılıq əldə edib.
"Kayserispor" rəsmiləri Burak Yılmaz ilə 2,5 illik müqavilə imzaladıqlarını bildiriblər.
Qeyd edək ki, Burak Yılmaz daha öncə "Beiktaş" klubunun baş məşqçisi vəzifəsində çalışıb.