Kees Smit seçim etməlidir: "Real Madrid" yoxsa "Barselona"?
"Az Alkmaar"ın futbolçusu Kees Smit İspaniya nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, "Real Madrid" və "Barselona" 20 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Smit cari mövsüm meydana çıxdığı 38 matçda 4 qol, 6 asistlə yadda qalıb.