Kees Smit üçün El Klassiko

"Az Alkmaar"ın futbolçusu Kees Smit karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" 20 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Niderland U-21 millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 4 qol, 6 asistlə yadda qalıb.