Gəncədə bərabərlik, "Sumqayıt" "İnter"i məğlub etdi
Bu gün Topaz Premyer Liqasında 16-cı tur start götürür. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Son turlar yaxşı təsir bağışlayan "Rəvan" uğurlu seriyanı "Kəpəz"lə qarşılaşmada da davam etdirmək niyyətindədir. Şahin Diniyevin yetirmələri isə qələbə qazanmaqla "İnter"ə çatmaq arzusundadırlar. "Bankirlər" isə "Sumqayıt"la matçda 3 xal əldə etməklə "Kəpəz"lə fərqi qorumaq, eləcə də, ikinci pilləyə yüksəlmək niyyətindədirlər.
11 dekabr 2015
TPL, 16-cı tur
"Kəpəz" - "Rəvan" 0:0
Gəncə şəhər stadionu
1-ci dövrədəki oyun: 2:0
“İnter” - “Sumqayıt” 2:3
QOLLAR: Amil Yunanov, 2 (0:1); Slavik Alxasov, 32 (0:2); Amil Yunanov, 39 (0:3); Yuri Fomenko, 44 (1:3); Elnur Abdullayev, 52 (2:3)
“İnter Arena”
1-ci dövrədəki oyun: 1:1