"Kəpəz"in oyununda qol vurulmadı
Premyer Liqa təmsilçilərimiz "Şamaxı" və "Kəpəz" öz aralarında yoxlama oyunu keçiriblər.
Sportline.az xəbər verir ki, Bakıda “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl "Şamaxı" "Turan-Tovuz"a 0:1, "Kəpəz" isə "Sumqayıt"a 1:3 hesabı ilə uduzmuşdu.