Kərəm Aktürkoğlu mövsüm sonunadək klubdan ayrılmayacaq
"Qalatasaray" hücumçusu Kərəm Aktürkoğlu üçün gələn təklifləri geri çevirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" astronomik məbləğdə təklif gəlmədiyi müddətcə ulduz futbolçunu satmayacaqlarını açıqlayıblar.
Ərdən Timur açıqlamasında :"Kərəmi istəyən klublar minimum 30 milyon avro ödəməyi qəbul etəlidir. Hazırda isə satmaq kimi niyyətimiz yoxdur. Mövsümün sonunda görüşərik",-deyib.
Qeyd edək ki, 25 yaşlı hücumçu Kərəm Aktürkoğlu bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 34 matçda 12 qol 8 asistlə yadda qalıb.