Kərim Benzema keçmiş klubuna qayıdır

Fransalı ulduz futbolçu Kərim Benzema keçmiş klubu ilə danışıqlara başlayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Əl-İttihad" klubunda çıxış edən frasnsalı hücumçu karyerasını "Lion"da davam etdirə bilər.

Kərim Benzemanın "Əl-İttihad"dan ayırlmaq istəməsi Fransa klubunu transfer üçün hərəkətə keçirib. İki komanda arasında qarşılıqlı razılıq əldə olunacağı təqdirdə trasnfer gerçəkləşəcək. 

Qeyd edək ki, Kərim Benzema Səudiyyə Ərəbistanı liqasında xoşbəxt olmadığını və Avropa klublarında oynamaq istədiyini bildirib.