Kindzerska: "Hisslərimi sözlə ifadə edə bilmirəm"
“Çox xoşbəxtəm, hisslərimi sözlə ifadə edə bilmirəm. Rəqibi fəndə salanda və Olimpiya Oyunlarının mükafatçısı olduğumu dərk edəndə sadəcə daxilimdə hər şey çevrildi”.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu İrina Kindzerska Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan idmançı 3-cülük qarşılaşmasından sonra gözləntilərini və hisslərini açıqlayıb: “Maksimal dərəcədə köklənmiş və hazırlıqlı idim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu ciddi şəkildə mövcuddur. Çalışmaq və çalışmaq lazımdır. Bu, qızların gələcək karyeraları üçün təkan olmalıdır”.