Kliçko revanş istəyir

Ukraynalı peşəkar boksçu Vladimir Kliçko ingiltərəli Tayson Fyuri ilə revanş döyüşünə çıxmaq istəyir.

SportLine.az xəbər verir ki, bir neçə gün əvvəl Düsseldorfda keçirilən döyüşdə məğlub olan Kliçko bunun təsadüf olduğunu deyib. Rinqdə bütün gücünü istifadə edə bilmədiyini deyən boksçu, "Məğlubiyyətdən sonra özümü çox pis hiss edirəm. Qələbə qazanmaq gücündəyəm. Yenidən döyüşmək və qalib gəlmək istəyirəm", - deyə bildirib.

Jurnalistlərə açıqlamasında ukraynalı boksçu görüşün gələn il baş tuta biləcəyini söyləyib.

Qeyd edək ki,  Kliçkonu məğlub edən Fyuri onun dünya çempionu titulunu ələ keçirməklə yanaşı, 11 illik məğlubiyyətsizlik seriyasına da son qoyub.