Klub prezidenti futbolçularına premiya verəcək

“Napoli’ futbolçularına klub prezidenti tərəfindən fantastik premiya vəd edilib.

Sportline.az “La Gazetta della Sport”a istinadla xəbər verir ki, ‘Napoli”nin sahibi Aurelio De Laurentis UEFA Çempionalar Liqasının 1/8 final mərhələsində ‘Barselona’ya qalib gəlsələr, klubun futbolçularının hərəsinə 10 milyon avro ödəyəcəyini vad edib.  

Tərəflər arasındakı ilk görüş Osimhen və Levandovskinin qarşılıqlı qolları ilə 1-1 hesablı bərabərliklə yekunlaşmışdı.”Napoli” növbəti mərhələyə yüksələcəyi təqdirdə 50 milyon avro qazanacaq.

Qeyd edək ki “Napoli” İtaliya A Seriyasında 28 turdan sonra 44 xalla yeddinci pillədə qərarlaşır.
“Barselona” isə İspaniya La Liqasında 28 turdan sonra aktivindəki 61 xalla üçüncüdür.