Klubun direktoru baş məşqçi oldu

Dario Srna Donetsk “Şaxtyor”unda müvəqqəti məşqçilik edəcək.

Klubun direktoru məşqçi ilə yolların ayrılmasından sonra sükan arxasına müvəqqəti olaraq özü keçmək qərarına gəlib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Dariyo Srna işinin öhdəsindən layiqincə gələcəyindən əmin olduğunu və lazım gələrsə mövsümün sonuna kimi məşqçilik edəcəyini bildirib.

 Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2003-2018-ci illərdə “Şaxtyor”un şərəfini qoruyub.