Kolin Kazımın yeni klubu
"Fatih Karagümrük" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisi son klubu "Derbi Kaunti" olan Kolin Kazım Riçardsı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Fatih Karagümrük" 36 yaşlı hücumçu ilə razılaşıb. Kolinlə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
Türkiyə yığmasının sabiq üzvü olan hücumçu daha əvvə bu ölkədə "Fənərbağça", "Qalatasaray", "Bursaspor"da çıxış edib.