Komandamız 5 medal qazanıb
Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin final görüşləri keçirilib.
Sportline.az xəbər verir ki, yarışda Azərbaycan millisindən 11 boksçu finala yüksəlmişdi.
Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (65 kq) və Sürət Qarayev (90 kq) qızıl, Bialhəbaşi Nəzərov (50 kq), Zəlimxan Süleymanov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Zaur Qəhrəmanov (65 kq) və Seyid Seyidov (80 kq) gümüş medal qazanıblar.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 10 ölkənin “əlcək ustaları” iştirak ediblər.