Komandamız Tiflisdən iki medalla dönür
Tiflisdə boks üzrə beynəlxalq turnir başa çatıb.
Sportline.az xəbər verir ki, David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb. Komandamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub.
Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Turnirdə böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə beş boksçumuz mübarizə aparıb.