Komandamız Ukraynada 6 medal qazanıb

Ukraynanın Xarkov şəhərində Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb.

Sportline.az xəbər verir ki, 7 ölkə idmançılarının qatıldığı yarışda Azərbaycan seçmə komandası da mübarizə aparıb. Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar.

46 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hüseynovdan fərqli, Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 (28:29, 27:30, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.

Digər boksçulardan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışı üçüncü pillədə bitiriblər.

Banner