Konseysau Mikel Artetanı məhkəməyə verəcək
Konseysau Mikel Artetanı məhkəməyə verəcək.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Porto" klubunun baş məşqçisi Mikel Artetanı nalayiq sözlər işlətməsinə görə məhkəməyə verəcəyini bildirib.
Konseysau açıqlamasında :"Arteta penaltilər zamanı mənim həyat yoldaşıma qarşı ağıza alınmayacaq sözlər işlədib. Bu səbəbdən onunla məhkəmədə görüşəcəyəm",-deyib.
Qeyd edək ki, "Arsenal" - "Porto" görüşünün əsas vaaxtında meydan sahibləri qalib gəlsələr də ümumi hesab 1-1 olduğundan növbəti mərhələyə yüksələ komandanın adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan "topçular" 1/4 finala yüksəliblər.