“Krasnodar” - “Borussiya” matçında təxribat?
Alman jurnalistlər Krasnodarın “Kuban” stadionunda, belə demək olarsa, sürprizlə qarşılaşıblar. SportLine.az xəbər verir ki, bu haqda Matias Derş adlı həmkarımız sosial şəbəkədə paylaşıb: “Stadionun mətbuat mərkəzindəki WI-FI şifrəsi “1941-1945”-dir. Bəlkə, bu sadəcə təsadüfdür?". Rusiyalı həmkarlarımıza inansaq, bu şifrə Kuban stadionunda xeyli vaxtdır, istifadə olunur.
Xatırladaq ki, sözügedən arenada bu gün "Qəbələ"nin Avroliqadakı rəqibləri “Krasnodar”la Dortmund “Borussiya"sı qarşılaşacaq.