Kriştianu Ronaldu "Qızıl Top" və "The Best" mükafatını tənqid edib

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu "Qızıl Top" və "The Best" mükafatını tənqid edib və qərarların düzgün verilmədiyini bildirib. 

Sportline.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı hücumçu açıqlamasında :"Bütün mövsümü təhlil etməliyik. Məsələ mənim "Globe Soccer" mükafatının qalibi olmağımda deyil. Amma bu, faktdır, rəqəmlər mövcuddur və yalan danışmırlar. 2023-cü ilin ən yaxşı bombardiri olduğuma görə qazandığım qəniməti əlimdən ala bilməzlər, çünki bu, reallıqdır",-deyib.

Qeyd edək ki, Kriştianu Ronaldu "Globe Soccer" mükafatının qalibi olub.