Kriştianu Ronaldudan şok açıqlama
Portuqaliyalı ulduz futobolçu Kriştianu Ronldu açıqlamsı ilə diqqət mərkəzinə düşüb.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Əl-Nəssr" klubunun 38 yaşlı ulduz futbolçusu açıqlamasında :"Portuqaliya liqasına geri dönməyəcəyəm. Hazırda olduğum kluda çox xoşbəxtəm. Həyatım boyu çətinliklərə mübarizə aparmışam. Burda futbola maraq olduqca böyükdür və mən bunu çox sevirəm.Portuqaliya çempionatı üçün eyni sözləri deyə bilmərəm",-deyib.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm və gələcək mövsüm "Əl-Nəssr"də qalacağını 40 yaşında isə nələr olacağını bilmədiyini deyib.