"Kristal Pelas" kolmubiyalı müdafiəçi üçün 8,5 milyon avro ödəyəcək

İngiltərə klubu "Kristal Pelas" kolumbiyalı cinah müdafiəçisi üçün 8,5 milon avro ödəyəcək. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda "Genk" klubunda çıxış edən 27 yaşlı cinah müdafiəçisi Daniel Munoz karyerasını İngiltərə Prmyer liqasında davam etdirə bilər. 

İdman jurnalisti Fabritsyo Romano "Kristal Pelas"ın futbolçu üçün 8,5 milyon avro təklif etdiyini və Belçika klubunun da qəbul etdiyini bildirib. 

Qeyd edək ki, bu mövsüm  Daniel Munzo"Genk" forması ilə 27 oyunda 7 qol 2 asistlə yadda qalıb.