Kristensen klubdan ayrılmaq istəmir

"Barselona"nın danimarkalı stoperi Andreas Kristensen klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

29 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Kristensenin dəyəri 12 milyon avrodur.