Kristian Avramın yeni klubu bəlli olub

Bir neçə gün əvvəl "Araz-Naxçıvan"dan ayrılan Kristian Avramın yeni klubu bəlli olub.

Sportline.az xəbər verir ki, moldovalı qapıçı ölkəsində çıxış edəcək.

O, "Petrokub"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Petrokub” 2025/2026 mövsümündə Moldova çempionu olub.

Qeyd edək ki, Moldova millisinin üzvü olan Avram 2023-cü ildən "Araz-Naxçıvan"da çıxış edirdi.

Banner