"Latsio" baş məşqçi ilə yolları ayıracaq
"Latsio" klubu baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubu Maurizio Sarri ilə yolları ayırmaq və yerinə İqor Tudoru gətirmək istəyir.
Komandanın Çempionlar Liqası ilə vidalaşması və ardınca da "Udineze" ilə görüşdə 1-2 hesabı ilə məğlub olması baş məşqçinin istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, Maurizio Sarrinin yerinə İqor Tudorun gətiriləcəyi deyilib. O, daha öncə "Qalatasaray" klubunu çalışdırıb.