"Latsio"nun prezidentinin dili başına bəla oldu

İtaliya Futbol Federasiyası (FIGC) "Latsio" klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

Sportline.az "Il Tempo"ya istinadən xəbər verir ki,  buna 63 yaşlı mütəxəssisin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub. Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu müvafiq sanksiya gözləyir.

Qeyd edək ki, "Latsio" A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Yuventus"un isə 63 xalı var.