"Latsio"nun "Sampdoriya" zəfəri

İtaliya A seriyasında 34-cü turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, "Ferrari" stadionunda "Latsio" klubu "Sampdoriya"nın qonağı olub. Görüşdə ilk qol 3-cü dəqiqədə vurulub. Felipe Kaysedo Roma təmsilçisini hesabda irəli çıxarıb. 19-cu dəqiqədə Kaysedo fərqi artırıb. 2-0.

45-ci dəqiqədə "Sampdoriya" azlıqda qalıb. Qaston Ramirez 2-ci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Fasiləyə tərəflər "Latsio"nun 2-0 hesablı üstünlüyü ilə yollanıblar. 57-ci dəqiqədə "Sampdoriya" qollardan birinin əvəzini çıxıb. Fabio Kvalyarella Genuya klubunu ümidləndirib.

Lakin meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Görüş "Latsio"nun 2-1 hesablı qələbəsilə yekunlaşıb.