"Lester Siti" türkiyəli futbolçunu transfer etməyəcək
"Lester Siti" türkiyəli futbolçunu transfer etməyəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu icarə əsasında trasnfer etdiyi Yunus Akgünü qalıcı olaraq heyətinə qatmayacaq.
Buna səbəb olaraq isə Maliyyə Fair Playı göstərilib. "Lester Siti" klubunun rəsmiləri Yunus Akgünün performansından razı qalsa da maddi problemlə bağlı çətinlik yaşadıqlarını bildiriblər.
Qeyd edək ki, Yunus Akgün mövsüm sonunda "Qalatasaray" klubuna geri dönəcək. Gənc cinah hücmuçusunun komanda ilə müqavilə müddtəi 2026-cı ildə başa çatacaq.