"Lester Siti" italiyalı futbolçu ilə razılaşıb

"Lester Siti" klubu italiaylı yarımmüdafiəçini icarə əsasında transfer etmək istəyir. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, Çempionşipdə müabrizə aparan klub Prmyer liqaya yüksələcəkləri təqdirdə Stefano Sensini 2 milyon funt sterlin qarşılığında qalıcı olaraq transfer etmək şərti ilə  icarə əsasında heyətinə qatacaq. 

"İnter" klubu futbolçunun keçidi ilə bağlı razılıq verdiyini və Stefano Sensinin də komandadan ayrılmaq istədiyini bildirib. 

Qeyd edək ki. Stefano Sensi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb.