Levandovskinin təqdimatı təxirə salındı
Robert Levandovskinin "Barselona"nın futbolçusu kimi təqdimatı təxirə salınıb.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, polşalı hücumçu ümumi qrupda çalışmır. Levandovski ABŞ turu çərçivəsində keçiriləcək "İnter Mayami" ilə oyun öncəsi Kataloniya təmsilçisinin açıq məşqinə qatılmayıb.
Bildirilib ki, Levandovski idman zalında işləyib.
Eyni zamanda qeyd olunur ki, Robert artıq tibbi müayinədən keçib və onun "Bavariya"dan transferi tam başa çatıb.
Beləliklə, Levandovskinin "İnter Mayami" ilə oyunda iştirakı sual altında qalır. Onun bu gün klubun oyunçusu kimi keçirilməsi planlaşdırılan təqdimatı isə qeyri-müəyyən müddətə təxirə salınıb.