"Lids Yunayted" "Fənərbağça"nın futbolçusunu istəyir

"Lids Yunayted" "Fənərbağça"nın futbolçusunu istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "sarı-lacivərtlər"dən Osai-Samueli heyətinə qatmaq üçün təklif göndərib.

"Fənərbağça" rəsmiləri istənilən məbləğin ödənməsi halında futbolçunun keçidinə icazə verəcək.

Qeyd edək ki, Osai Samuel bu mövsüm çıxdığı 28 oyunda 4 qol, 3 asistlə yadda qalıb.