"Lill" "Qalatasaray"ın futbolçusunu hədəfləyib

"Qalatasaray' türkiyəli futbolçu Kerem Aktürkoğlu üçün təkliflər almağa davam edir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, bu dəfə "Lill' 25 yaşlı futbolçu üçün Türkiyə klubunun qapısını döyüb.

Fransa klubu AVRO 2024-dən sonra hücumçunu heyətinə qatmağı planlayır.

"Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi olan Kerem ötən mövsüm 54 oyunda 15 qol və 9 asistlə çıxış edib.

Qeyd edək ki, futbolçu hal hazırda Türkiyə millisi ilə birgə Avropa çempionatındadır.