"Lion" belçikalı futbolçunu heyətinə qatıb
"Olimpik Lion" ötən mövsümü icarə əsasında komandada keçirən Orel Manqalanı birdəfəlik heyətinə qatıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Fransa klubu bu transfer üçün "Nottinqem Forest"ə 23.4 milyon avro ödəyib.
26 yaşlı futbolçu ilə müqavilə 2028 ilə qədər imzalanıb. Müqavilənin şərtlərinə əsasən "Nottinqem" klubu bir sonrakı satışdan 10% pay əldə edəcək.
Qeyd edək ki, Orel Manqala ötən mövsüm Liqa 1-də 12 oyunda 2 qol vurub.