"Liverpul" Almaniyaya itkilərlə yollanıb

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin daha 9 görüşü olacaq.

Sportline.az xəbər verir ki, ilk iki oyunda qələbə qazanan “Liverpul” bu tur “Leipziq”lə qarşılaşacaq. 

"Mersisaydlılar" bugünkü matça itkilərlə çıxacaqlar.

Alisson Beker, Harvi Eliyot, Dioqo Jota və Federiko Kiezanın olmaması baş məşqçi Arne Slotu qayğılandırmaya bilməz.

“Leipziq”də isə David Raum, Forzan Ouedraqo, Nikolas Sevald və Xaviyer Şlager zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.