"Liverpul" "Sauthempton"a aman vermədi
İngiltərə "Liqa Kuboku"nda 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son matçda "Sauthempton" və "Liverpul" komandaları münasibətlərə aydınlıq gətiriblər. Görüşdə aşkar üstünlüyə sahib "mersisaydlılar" böyükhesablı qələbəyə seviniblər.
"Sauthempton" - "Liverpul" - 1:6
Qollar: Mane, 1 (1:0), Staric, 25 (1:1), 29 (1:2), Origi, 45 (1:3), 68 (1:4), İbe, 73 (1:5), Origi, 86 (1:6)